ABŞ-da saxta bank kartları hazırlamaqla məşğul olan 4 erməni həbs edilib
01 mart 2007 09:03 (UTC +04:00)
ABŞ-ın Rod-Aylend ştatında saxta bank kartları hazırlamaqla məşğul olan ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, polis Kaliforniya ştatından Rod-Aylendə gəlmiş dörd ermənini həbs edib. Həbs olunan Arutyun Şatarevyan, Gevorq Baltacyan, Mikael Stepanyan və Armen Ter-Esayana qarşı saxta bank kartlarından istifadə etməklə külli-miqdarda vəsaiti qanunsuz mənimsəmə maddəsi ilə ittiham irəli sürülüb. İlkin araşdırma zamanı ermənilərin saxta kartların hazırlanması üçün real bank müştərilərinin hesab nömrələrindən istifadə edildiyi, bu kartlardan istifadə etməklə hesablardan 100 min dollardan artıq dollar çıxarıldığı müəyyənləşdirilib. Faktla bağlı təhqiqat aparılır. /APA/
Amerika
Dövlət Departamenti ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib
08:27
7 may 2024
Mask: Qeyri-qanuni immiqrasiya ABŞ üçün "fəlakət resepti"dir
07:51
7 may 2024
Pentaqon: ABŞ və Rusiya hərbçiləri Nigerdə bir-birindən uzaqda yerləşir
03:37
7 may 2024
Quterreş İsrail və HƏMAS-a çağırış edib
00:10
7 may 2024