Orta Asiya qazını Xəzər, Gürcüstan və Qara dəniz vasitəsilə Ukraynaya çatdıracaq magistral xəttin tikintisi müzakirə edilib
02 mart 2007 09:20 (UTC +04:00)
ABŞ-da səfərdə olan Ukrayna müxalifətinin lideri Yuliya Timoşenko Ağ Evdə vitse-prezident Dik Çeyni və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hedli ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdən sonra jurnalistlərə açıqlama verən Y. Timoşenko bildirib ki, ABŞ Avropa da daxil olmaqla bütün regionda enerji təhlükəsizliyinə nail olunmasında Ukraynaya açar ölkə kimi baxır. Onun sözlərinə görə, D. Çeyni və S. Hedli ilə danışıqlarda özbək, qazax, türkmən qazını Xəzər dənizi, Gürcüstan və Qara dəniz vasitəsilə Ukraynaya çatdıracaq magistral qaz xəttinin tikintisi müzakirə edilib. Söhbət zamanı Ukraynadakı siyasi proseslər də diqqət mərkəzində olub. Müxalifət lideri Yanukoviç hökumətini nəzərdə tutaraq son 15 ildə ilk dəfə olaraq Ukraynanın suverenliyini itirmək təhlükəsi ilə üzləşdiyini deyib: “Ukrayna hazırda ən kritik dövrünü yaşayır. Mən keçirdiyim görüşlərdə bildirdim ki, vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi siyasi böhrandan yeganə çıxış yoludur”. Y. Timoşenko jurnalistləri əmin edib ki, dünya Ukraynadan yorulmayıb və məyus olmayıb: “Demokratik dünya ictimaiyyətinin Ukraynadan bezdiyi haqda fikirlər doğru deyil. Əksinə, bizi demokratik postsovet ölkələrini birləşdirəcək lider kimi qəbul edirlər.” /APA/
Amerika
Ağ Ev: ABŞ Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsindən dərin narahatlıq duyur
19:32
2 may 2024
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:33
2 may 2024
Kreml Baydenin ittihamlarına cavab verib
13:49
2 may 2024
ABŞ bu yay Ukraynanı NATO-ya dəvət etməyi planlaşdırmır
04:44
2 may 2024