Erməni lobbisi ABŞ Senatında məqsədinə nail ola bilməyib
07 mart 2007 12:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, qərar layihəsində dolayı ifadələrlə erməni soyqırımının baş verdiyinə işarə olunur və Türkiyə hökuməti Ermənistanla sərhədləri açmağa çağırılır. Sənədin bu şəkildə qəbulu uydurma “erməni soyqırımı”nın tanınması yolunda ilk addım olacaqdı. Ancaq Türkiyə hökumətinin etirazı və yüz minlərlə türkün senatorların elektron poçt ünvanına etiraz məktubu göndərməsi nəticəsində qərar layihəsinə baxılması təxirə salınıb. Bu, ABŞ-dakı erməni lobbisinin ciddi narahatlığına səbəb olub. Ölkədəki ən böyük erməni təşkilatı olan Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan yazılı açıqlama ilə çıxış edərək Senatın Xarici İşlər Komitəsinin sədri Riçard Luqarı qınayıb: “ABŞ rəhbərliyinin istəyi ilə senator Riçard Luqarın Senatın Qrant Dinkin həyatına və xatirəsinə hörmət ifadə etməsini təxirə salması bizi narahat etdi. Komitənin qərar layihəsini əngəlləmək və ya sənədə dəyişiklik etmək cəhdlərini rədd edərək orijinal mətnin qəbul olunmasını gözləyirik”. Qeyd edək ki, senator R. Luqar “erməni soyqırımı”na işarə edən ifadənin qərar layihəsindən çıxarılmasını istəyib. /APA/
Amerika
Kirbi: “Bayden ABŞ silahları ilə Rusiyaya endirilən zərbələrin nəticələrinin fərqindədir”
01:41
3 iyun 2024
Tramp Həbib Nurməhəmmədova Fələstində müharibəni dayandıracağına söz verib - VİDEO
00:24
3 iyun 2024
Tramp məhkəmənin hökmündən asılı olmayaraq ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək
22:44
2 iyun 2024
Kirbi: “Bayden III Dünya Müharibəsinin başlamasına görə məsuliyyət daşımaq istəmir”
20:23
2 iyun 2024