Corc Buş Gürcüstan və Ukraynanın NATO-ya üzv qəbul olmaq meyllərini dəstəkləyən qanun layihəsini imzalayıb
11 aprel 2007 08:27 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş Gürcüstan və Ukrayna da daxil olmaqla beş ölkənin gələcəkdə NATO-ya üzv qəbul olmasını dəstəkləyən qanun layihəsini imzalayıb. APA-nın ABŞ bürosunun məlumatına görə, bu qanun adı çəkilən ölkələrlə yanaşı Albaniya, Xorvatiya və Makedoniyanın hərbi alyansa üzvlük meyllərini dəstəkləməyi nəzərdə tutur. “NATO-nun azadlıq konsolidasiyası” adlı qanuna əsasən, bu ölkələrin bloka daxil olması ilə yanaşı onların hərbi sektorunun maliyyələşməsinə də əlavə vəsaitlər ayrılacaq. 1994-cü ildə qəbul olunan NATO ilə əməkdaşlıq aktına əsasən, ölkələrə 42 milyon dollar vəsait ayrılacaq. Bu vəsaitin 12 milyon dolları 2008-ci maliyyə ilində xərclənəcək. Qalan 30 milyon dolların bu ölkələrin büdcəsinə 2012-ci ilə kimi ayrılması nəzərdə tutulub. /APA/
Amerika
Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir
09:13
5 may 2024
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib
08:54
5 may 2024
Sallivan: "ABŞ-nin Ukraynaya yardımı Rusiyaya mane olmayacaq"
05:18
5 may 2024
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
02:03
5 may 2024