“Los Angeles Times” qəzetinin redaktoru erməni müxbirin uydurma “soyqırım” mövzusunda yazısını çapa verməyib
01 may 2007 09:52 (UTC +04:00)
ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində uydurma “erməni soyqırımı” barədə məqalə çap etmək cəhdi qalmaqalla nəticələnib. APA-nın ABŞ bürosunun xəbərinə görə, qəzetin redaktoru Duqlas Frantz nəşrin erməni mənşəli müxbiri Mark Araxın qondarma “soyqırım”ın növbəti ildönümündə hazırladığı reportajı çap etməkdən imtina edib. D. Frantz müxbirin öz yazısında mövqe nümayiş etdirdiyini və hadisələri birtərəfli işıqlandırdığını deyib. Redaktor öz mövqeyini əsaslandıraraq bildirib ki, hələ 2005-ci ildə M. Arax və qəzetin daha dörd erməni əsilli əməkdaşı “Los Angeles Times”ın baş redaktoruna məktub yollayaraq redaktə siyasətində bundan sonra 1915-1923-cü il hadisələrinin daim soyqırım kimi təqdim olunmasını tələb ediblər. Eyni zamanda D. Frantz bəyan edib ki, daha çox “petisiya”ya bənzəyən məqaləni qəzetin baş səhifəsində çap etmək üçün M. Arax “Los Angeles Times”ın Vasinqton bürosunun daha bir erməni əsilli redaktoru Robert Ourliyanla sövdələşib. Buna görə D. Frantz “soyqırım” barədə xəbəri yazmağı digər müxbir Riç Simona tapşırıb. Aprelin 21-də Riç Simon “Erməni soyqırımı barədə Konqres qətnaməsinin qəbulu hələ qeyri-müəyyəndir” başlıqlı xəbər dərc edib. Buna etiraz olaraq M. Arax “Los Angeles Times” qəzetinin sahibi və baş redaktoruna yazılı müraciət edərək milli zəmində sıxışdırıldığını bildirib. /APA/
Amerika
Pentaqon "Northrop Grumman" hərbi sənaye korporasiyası ilə müqavilə imzalayıb
02:01
3 may 2024
Ağ Ev: ABŞ Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsindən dərin narahatlıq duyur
19:32
2 may 2024
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:33
2 may 2024
Kreml Baydenin ittihamlarına cavab verib
13:49
2 may 2024