BMT-nin baş katibi Səhralaşma və Quraqlığa Qarşı Beynəlxalq Gün münasibətilə dünya ölkələrinə müraciət edib
12 iyun 2007 14:44 (UTC +04:00)
BMT-nin baş katibi 17 iyun - Səhralaşma və Quraqlığa Qarşı Beynəlxalq Gün münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müxtəlif səbəblərdən baş verən səhralaşma dünyanın təkcə qlobal ekoloji problemi deyil və 100-dən çox ölkədə 1,2 milyard insanın sağlamlığı üçün təhlükə yaradır. Dünyanın aztəminatlı hər 3 nəfərindən ikisi quraq torpaqlarda yaşayır. Səhralaşma və Quraqlığa Qarşı Beynəlxalq Günün builki mövzusu “Səhralaşma və iqlim dəyişmələri qlobal problemdir” adlanır. Müraciətdə daha sonra qeyd edilir ki, BMT-nin 13 il əvvəl - 17 iyunda qəbul etdiyi Səhralaşma üzrə Konvensiyanın məqsədi regionları bu problemdən xilas etməkdir. /APA/
Amerika
Dövlət Departamenti ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib
08:27
7 may 2024
Mask: Qeyri-qanuni immiqrasiya ABŞ üçün "fəlakət resepti"dir
07:51
7 may 2024
Pentaqon: ABŞ və Rusiya hərbçiləri Nigerdə bir-birindən uzaqda yerləşir
03:37
7 may 2024
Quterreş İsrail və HƏMAS-a çağırış edib
00:10
7 may 2024