Bank Of Baku

Amerikalı senator Allahı məhkəməyə verib

Amerikalı senator Allahı məhkəməyə verib
# 18 sentyabr 2007 08:34 (UTC +04:00)
ABŞ-ın Nebraska ştatından seçilmiş senator Erni Çambers Allahı məhkəməyə verib. APA-nın “MİGnews” saytına istinadən verdiyi məlumata görə, senator Duqlas dairə məhkəməsində uca Yaradana qarşı iddia qaldırıb. E. Çambers iddia ərizəsində qeyd edib ki, Allah ona və soydaşlarına qarşı terror təhlükələri göndərir, qorxu yayır və kütləvi ölüm hadisələri təşkil edir. Senatorun fikrincə, dəhşətli fırtınalar, fəlakətli tornadolar və qorxulu sellər hamısı Allahın işidir. Dinə mənfi münasibəti ilə tanınan və xristianlığı tənqid edən E. Çambers bildirib ki, onun məqsədi hər kəsin tutduğu vəzifədən asılı olmayaraq hər kəsə qarşı məhkəmə iddiası qaldıra biləcəyini göstərməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR