Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Sülh Günündə bütün ölkələri və döyüş aparan tərəfləri atəşkəsə çağırıb

BMT-nin baş katibi Beynəlxalq Sülh Günündə bütün ölkələri və döyüş aparan tərəfləri atəşkəsə çağırıb
# 18 sentyabr 2007 15:05 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Munun 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, dünyanın müxtəlif yerlərində saysız-hesabsız insan qrupları üçün sülh hələ də əlçatmaz məqsəd olaraq qalır: “Çad və Darfurdakı köçkün düşərgələrindən tutmuş Bağdadın dalanlarına kimi, sülhə aparan yol uğursuzluq və əzab-əziyyətlə döşənib. Beynəlxalq Sülh Günü bütün insanlar üçün dünyanın hər yerində sülh və əmin-amanlığı daha da möhkəmləndirmək naminə səylərimizi nəzərdən keçirmək imkanıdır”. Baş katib bildirib ki, həmin gün planetimizin hər yerində atəşkəs günü bir çox yerlərdə insanları cana gətirən qorxu və təhlükədən azad 24 saatlıq fasilə kimi nəzərdə tutulub: “Bu gün mən qətiyyətlə bütün ölkələri və döyüş aparan tərəfləri bu atəşkəsə hörmət etməyə çağırıram. Həmçinin bütün insanlardan dünyanın hər yerində yerli vaxtla günorta saat 12-də bir dəqiqəlik sükuta əməl etməyi xahiş edirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR