Bank Of Baku

Mahmud Əhmədinejadın Nyu-Yorkda vaxtilə əkiz qüllələrinin dayandığı yeri ziyarət etməsinə icazə verilməyib

Mahmud Əhmədinejadın Nyu-Yorkda vaxtilə əkiz qüllələrinin dayandığı yeri ziyarət etməsinə icazə verilməyib
# 20 sentyabr 2007 08:55 (UTC +04:00)
Nyu-York şəhərinin rəhbərliyi İran prezidenti Mahmud Əhmədinejadın 2001-ci il sentyabrın 11-də dağıdılan Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin vaxtilə dayandığı yeri ziyarət etməsinə icazə verməyib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, İran hökuməti Nyu-York meriyası və polisinə, həmçinin ABŞ xüsusi xidmət orqanlarına müraciət edərək M. Əhmədinejadın 11 sentyabr terroru zamanı həlak olan şəxslərin xatirəsini yad etmək məqsədilə dağılan qüllələrin yerinə əklil qoymaq istədiyini bildirib. Ancaq İran tərəfinin xahişi qəbul olunmayıb. Nyu-York Polis Departamentinin nümayəndəsi əkiz qüllələrin yerində tikinti işlərinin aparıldığını və həmin əraziyə girişin qadağan olunduğunu açıqlayıb: “İran prezidentinə rəd cavabı verilməsi həm də təhlükəsizlik motivləri ilə bağlıdır”. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Qordon Condro isə Ağ Evin bu məsələyə qarışmadığını söyləyib. Q. Condro eyni zamanda əlavə edib ki, ABŞ-ın terrorun sponsoru saydığı bir ölkənin liderinin bu istəyi ona qəribə gəlir.
Qeyd edək ki, M. Əhmədinejad bu gün BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-a gedəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR