Bank Of Baku

Mahmud Əhmədinejadın ABŞ-ın Kolumbiya Universitetindəki çıxışı hay-küy, gülüş və fit səsləri ilə müşayiət olunub

Mahmud Əhmədinejadın ABŞ-ın Kolumbiya Universitetindəki çıxışı hay-küy, gülüş və fit səsləri ilə müşayiət olunub
# 25 sentyabr 2007 08:17 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, İran prezidentini dinləmək və onu protest etmək üçün zala 700-ə yaxın adam toplaşıb. Onların bir hissəsi üzərinə “Əhmədinejadın simasında şərə yox deyirik” sözləri yazılmış köynək geyib. Əksəriyyəti tələbələrdən ibarət olan auditoriya M. Əhmədinejadın çıxışının bəzi məqamlarında onu fitə basıb, bəzi məqamlara isə hay-küy və gülüşlə reaksiya verib. Kolumbiya Universitetinin rektoru Li Bollincer qonağı təqdim edərkən çox sərt ifadələrdən istifadə edib. O, iştirakçılara “sizin qarşınızda cılız və qəddar diktator dayanır”, deyib. Rektor bildirib ki, M. Əhmədinejadın yəhudi soyqırımını Holokostu inkar etməsi ya həyasız provokasiya, ya da avamlıqdan irəli gələn kobudluqdur. M. Əhmədinejad bu sözləri təhqir kimi qiymətləndirərək deyib ki, İranda belə bir şeyə yol verilməzdi. Holokostla bağlı mövqeyini aydınlaşdıran dövlət başçısı elm dünyasında bununla bağlı fikir birliyi olmadığını, başqa nöqteyi-nəzərlərin də mövcudluğunu söyləyib: “Mən demirəm ki, belə bir hadisə ümumiyyətlə, olmayıb. Bildirmişəm ki, əgər Holokost olubsa da, bunun Fələstin xalqına nə aidiyyəti var?” İştirakçılardan birinin İranda qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslərin təqib olunması barədə sualını cavablandıran M. Əhmədinejad deyib: “İranda sizin ölkənizdə olduğu kimi homoseksualizm yoxdur. Bilmirəm sizə kim deyib ki, İranda belə bir hal var”. Bu ilin əvvəlindən indiyə qədər İranda aralarında homoseksualların da olduğu təxminən 200 nəfərin edam edildiyi xatırladıldıqda İran prezidentinin reaksiyası belə olub: “Məgər sizin Amerikada ölüm hökmü yoxdur? Bizim İranda da var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR