Bank Of Baku

ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun qəbul edib

ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun qəbul edib
# 26 sentyabr 2007 08:22 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı sanksiyaların sərtləşdirilməsini, bu ölkənin nüvə proqramına dəstək verən Rusiya və digər dövlətlərlə atom energetikası üzrə əməkdaşlığın kəsilməsini nəzərdə tutan qanun layihəsi qəbul edib. APA-nın ABŞ mənbələrinə istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifi, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Tom Lantos bildirib ki, Tehrana qarşı elə sərt sanksiyalar tətbiq olunmalıdır ki, bu, onun siyasətinin dəyişməsinə gətirib çıxarsın: “İdeal hal o olardı ki, bu cür tədbirlər BMT xətti ilə görülsün. Amma Rusiya və Çin effektiv sanksiyaları əngəlləyəcəksə, ABŞ digər ölkələrlə birlikdə özü irəliləməlidir”. 397 nəfərin lehinə, 16 nəfərin isə əleyhinə səs verdiyi sənəddə İranın nüvə proqramına dəstək verən, bu ölkəyə təkmilləşdirilmiş müasir silahlar və raketlər satan ölkə kimi Rusiyanın adı ayrıca qeyd olunub: “ABŞ prezidenti Rusiyanın İranla bu əməkdaşlığını dayandırdığına dair Konqresə məlumat verənə qədər Rusiya ilə nüvə sahəsində hər hansı əməkdaşlıq sazişi imzalana və qüvvəyə minə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR