Bank Of Baku

Məşhur amerikalı nəzəriyyəçi-fizik Con Arçibald Uiler vəfat edib

Məşhur amerikalı nəzəriyyəçi-fizik Con Arçibald Uiler vəfat edib
# 15 aprel 2008 08:52 (UTC +04:00)
Vaşinqton APA. Məşhur amerikalı nəzəriyyəçi-fizik, Prinston Universitetinin professoru Con Arçibald Uiler 96 yaşında vəfat edib. APA-nın məlumatına görə, ABŞ-da atom silahının yaradılmasında xüsusi rol oynayan və elmə “qara dəliklər” anlayışını gətirən alim pnevmoniyadan əziyyət çəkirmiş. 1911-ci ildə ABŞ-ın Ceksonvill şəhərində dünyaya gələn C. A. Uiler 21 yaşında Con Hopkins Universitetində fizika üzrə doktorluq dissertasiyası müdafiə edib. 30-cu illərin ortalarında Danimarkaya gedərək görkəmli alim Nilson Borla birlikdə çalışıb. 1939-cu ildə N. Bor ABŞ-a köçüb və alman alimlərinin atom nüvəsinin parçalanmasında uğur əldə etdiklərini xəbər verib. Bir müddət sonra N. Bor və C. A. Uiler ABŞ-da atom nüvəsinin parçalanması nəzəriyyəsini işləyib hazırlayıblar. İkinci Dünya Müharibəsi illərində C. A. Uiler atom bombası yaradılması məqsədi güdən “Manhattan Projekt” layihəsində çalışıb. O, 1967-ci ilin dekabrında keçirilən elmi konfransda ilk dəfə olaraq zaman və məkanda “qara dəliklər” terminini işlədib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR