Bank Of Baku

Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb

Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
# 22 iyul 2026 07:31 (UTC +04:00)
0:00 / 0:00
80%

ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal edilən generik dərmanlara tətbiq olunacaq yeni gömrük rüsumu planını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə öz sosial media hesabında məlumat verib.

Avqustun 1-dən etibarən ABŞ-a idxal olunan bütün generik dərmanlara iki il ərzində gömrük rüsumu tətbiq edilməyəcək.

Bu müddət başa çatdıqdan sonra, yəni 2028-ci ildən etibarən həmin məhsullara bir il müddətinə 100 faiz gömrük rüsumu tətbiq olunacaq. Daha sonra isə bu göstərici 200 faizə yüksəldiləcək.

ABŞ liderinin sözlərinə görə, bu addım dərman istehsalını yenidən ölkəyə qaytarmaq məqsədi daşıyır. O qeyd edib ki, ayrılan müddətdə ABŞ-da zavod və istehsal avadanlığına investisiya etməyən şirkətlər sanksiyalarla üzləşəcəklər.

Tramp bildirib ki, siyasətin əsas məqsədi ABŞ vətəndaşlarını qorumaqdır. O əlavə edib ki, patentlə qorunan, brend və innovativ dərmanlarla bağlı mövcud siyasətdə isə heç bir dəyişiklik edilməyəcək.

Prezident həmçinin vurğulayıb ki, hazırda ABŞ-ın müxtəlif bölgələrində indiyədək görünməmiş miqyasda yeni dərman istehsalı müəssisələri tikilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR