Bank Of Baku

“Forbes” jurnalı dünyanın ən üslublu şəhərlərinin reytinqini açıqlayıb

“Forbes” jurnalı dünyanın ən üslublu şəhərlərinin reytinqini açıqlayıb
# 28 aprel 2008 10:11 (UTC +04:00)
Nyu-York. Hüsniyyə Həsənova - APA. “Forbes” jurnalı dünyanın ən üslublu şəhərlərinin siyahısını açıqlayıb. APA-nın məlumatına görə, reytinq cədvəlində ilk yeri London şəhəri tutur. Reytinq cədvəlinə Moskva və Sankt-Peterburqun adları daxil edilməyib. Cədvəli tərtib edən ekspertlər üstünlüyün Londona verilməsini bu şəhərdəki kosmopolit atmosferlə əsaslandırıblar: “Heç bir şəhər Londonla və onun kosmopolit atmosferi ilə müqayisə oluna bilməz. Şəhərin əhalisinin üçdə bir hissəsi Britaniya hüdudlarından kənarda doğulub, londonlular ümumi mədəni üslub, dəb və mətbəx formalaşdırmağı bacarıblar. Əlbəttə ki, Londonun da çatışmayan cəhətləri var. Bu cəhətlər qiymətlərin həddən artıq yüksək olması və təhlükəsizliyini lazımi səviyyədə təmin olunmamağıdır”.
Reytinq cədvəlində ikinci yeri Paris tutur. Ekspertlər bu şəhərin romantikliyini, klassik üslubunu, dəbə meylliliyini və gözəl mətbəxini fərqləndirici əsas cəhətlər kimi qeyd ediblər. “Forbes”in açıqladığı siyahıda Sidney, Madrid, Barselona, Nyu-York, Roma, Berlin və Amsterdamın da adları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR