Bank Of Baku

CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB

CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasını başa çatdırıb - YENİLƏNİB
# 17 iyul 2026 06:10 (UTC +04:00)

Amerika hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.

APA xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Bu gün Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə saat 05:40 - red.) ABŞ Mərkəzi Komandanlığı İrana sonuncu böyük zərbə dalğasını tamamlayıb. ABŞ Silahlı Qüvvələri sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla İranın onlarla hərbi obyektinə zərbələr endirdi", - paylaşımda bildirilir.

Əməliyyatda qırıcı təyyarələr, dronlar, hərbi gəmilər və yüksək dəqiqlikli sursatlardan istifadə edilib.




22:38

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni zərbələr dalğasına başladığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat yayılıb.

"ABŞ qüvvələri Şərq sahili vaxtı ilə saat 14:00-da İranın hərbi imkanlarını daha da zəiflətmək məqsədilə beşinci gecə ardıcıl olaraq yeni əməliyyata başlayıb", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR