Yaponiyada G7 sammiti öz işinə başlayır

Yaponiyada G7 sammiti öz işinə başlayır
# 26 may 2016 00:03 (UTC +04:00)

Bakı-APA. Bu gün Yaponiyada “Böyük yeddilik” ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) sammiti öz işinə başlayır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, zirvə toplantısı Miye prefekturasında yerləşən İse-Sima milli parkında, Sakit okean sahilində keçiriləcək.


Gündəmə iqtisadiyyat, ticarət, xarici siyasət, təhlükəsizlik, iqlim dəyişikliyi və enerji məsələləri daxildir. Sammit gücləndirilmiş təhlükəsizlik şəraitində keçiriləcək. Tədbirin mühafizəsi üçün 23 min polis səfərbər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR