Türkiyənin investisiya şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb

Türkiyənin investisiya şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb
# 24 fevral 2016 08:41 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Türkiyəyə məxsus “Turkapital Holding” investisiya şirkəti Azərbaycandakı nümayəndəliyini bağlayıb. Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən məlumat verilib.


Bildirilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami küçəsi 90 A ünvanına bildirə bilərlər.


Qeyd edək ki, "Turkapital Holding" 2007-ci ildə Fars körfəzi Əməkdaşlıq Şurası ölkələrindən Türkiyə və Avrasiya regionuna investisiyalar cəlb etmək üçün yaradılıb. Şirkətin Azərbaycan nümayəndəliyi isə 2009-cu ildən fəaliyyətə başlayıb. Nümayəndəliyin yaradılmasında məqsəd Türkiyə və Azərbaycan arasında investisiya mühiti yaratmaq, bununla, Azərbaycanın inkişafına töhfə vermək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR