İranın səhiyyə nazirinin müavini Azərbaycandadır

İranın səhiyyə nazirinin müavini Azərbaycandadır
# 10 mart 2016 11:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İranın səhiyyə nazirinin müavini Rəsul Binarvən Azərbaycanda səfərdədir.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, o, bu gün səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüşüb. Onlar arasında səhiyyə və tibb sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə dair fikir mübadiləsi aparılıb. Həmçinin İran və Azərbaycan tibbi işçilərinin qarşılıqlı səfərlərinin detalları müzakirə edilib . Azərbaycanda əczaçılıq zavodunun tikilməsi məsələsinə də xüsusi diqqət ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR