Üsamə ben Ladenin oğlu ABŞ-dan atasının qisasını almaq niyyətindədir

Üsamə ben Ladenin oğlu ABŞ-dan atasının qisasını almaq niyyətindədir
# 10 iyul 2016 14:43 (UTC +04:00)

Bakı-APA. “Əl-Qaidə” terror təşkilatının məhv edilmiş lideri Üsamə ben Ladenin oğlu Həmzə ABŞ-dan atasının qisasını alacağına söz verib.

APA-nın “Reuters” agertliyinə istinadən verdiyi məlumata görə, Həmzə deyib ki, ABŞ Pakistanın Abbottabad şəhərində törətdiyi cinayətə görə cəzalandırılmayacağını düşünürsə, ciddi səhv edir.

O, müsəlmanların sıxışdırılmasının qarşısının alınması üçün ABŞ-a qarşı mübarizənin davam edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR