Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 İyul
# 20 iyul 2016 18:20 (UTC +04:00)

Səudiyyə Ərəbistanında neftə tələbatın daha çox artdığı vaxt yay mövsümünə təsadüf edir. Bu da əsasən kondisionerlərin çox işlədilməsi və daha çox enerjinin sərf olunması ilə əlaqədardır. Amma neftə olan daxili tələbat yalnız yay fəslində artmır, ümumilikdə artan temp üzrə inkişaf edir.

Nümunə üçün bildirmək olar ki, ötən il Səudiyyə Ərəbistanında hasil olunan neftin yalnız 25 faizi daxili ehtiyacın ödənilməsinə sərf olunub. Krallıqda hasil edilən neftin əsas hissəsi ixraca yönəldilir ki, bunda da ölkə rəhbərliyi bazardakı ixrac payını qoruyub saxlamaq məqsədi güdür. Burada əlbəttə ki, İran və Rusiya tərəfindən rəqabətin getdikcə artdığını da gözdən qaçırmaq olmaz.

Yeri gəlmişkən, Rusiya bu il neft ixracının səviyyəsinə görə rekord göstərici hədəfləyib. Öz növbəsində İran isə hər iki ölkə üçün əsas bazar hesab olunan Avropada rəqabəti yüksəltməklə, hasilatın artırılmasını hədəfə alıb. Uzun müddət ərzində Rusiya hasilatın səviyyəsini rekord dərəcədə yüksək səviyyədə saxlamaqla, analitikləri təəccübləndirib. Rusiyanın istehsalı yüksək səviyyədə saxlaya bilməsi azmış kimi, bu ölkə eyni zamanda Çinə ixrac olunan neftin həcminin artmasına, eləcə də digər əsas bazarlarda payının qorunmasına nail olub.

Bu gün həm də ABŞ-ın Enerji Nazirliyi ölkənin neft ehtiyatları və hasilatı ilə bağlı statistikanı açıqlayacaq. Neft şirkətləri isə qiymətlərdə yenidən azalmanın olacağını ehtimal edir. Bu isə son iki il ərzində yaşanacaq ikinci qiymət azalması olacaq. İyunun əvvəlində maksimum səviyyəyə çatdıqdan sonra neftin qiyməti 10 faiz həcmində ucuzlaşıb. İyul ayında isə gözlənilmədən qiymətlərdə 21 faiz azalma qeydə alınıb. Belə olan halda qiymətlərin yenidən azalması riskinin hələ də mövcudluğu hasilatçıları səhm və istiqrazların satışından gəlir əldə etməyə sövq edir...


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR