Türkiyədə turist avtobusu yük maşını ilə toqquşub, 1 nəfər ölüb, 38 nəfər yaralanıb

Türkiyədə turist avtobusu yük maşını ilə toqquşub, 1 nəfər ölüb, 38 nəfər yaralanıb
# 06 sentyabr 2016 04:32 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Tekirdağ vilayətində ağır yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbuldan Makedoniyaya yollanan turist avtobusu Malkara rayonu ərazisində yük maşını ilə toqquşub.

Hadisə nəticəsində 45 yaşlı Makedoniya vətəndaşı hadisə yerində ölüb, 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR