Lavrov və Kerri Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə edib

Lavrov və Kerri Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə edib
# 16 avqust 2016 20:17 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Suriyada terrorçulara qarşı addımların nizamlanması və atəşkəs rejiminin təmin olunması məsələlərini müzakirə edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.

“Suriyada, xüsusən də Hələbdəki vəziyyətin müzakirəsi davam etdirilib. Con Kerrinin iyulun 15-də Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların təcrübi reallaşdırılmasına hazırlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda qeyd olunub.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR