Tovuzda iki nəfər bıçaqlanıb

Tovuzda iki nəfər bıçaqlanıb
# 27 iyul 2016 08:23 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Hələlik adı aşıqlanmayan kənd sakini tanışları - 1972-ci il təvəllüdlü Habil Həsənovu qarın nahiyəsindən, 1988-ci il təvəllüdlü Elşən Abbasovu isə döş nahiyəsindən bıçaqlayıb. Yaralılar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat ediliblər.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR