Avropa Şurasının baş katibi Türkiyəyə səfər edəcək

Avropa Şurasının baş katibi Türkiyəyə səfər edəcək
# 02 avqust 2016 03:32 (UTC +04:00)

Bakı-APA. Avropa Şurasının baş katibi Torbyorn Yaqland avqustun 3-də Türkiyəyə səfər edəcək.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, səfəri çərçivəsində Torbyorn Yaqland preziden Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu və ədliyyə naziri Bekir Bozdağ ilə görüşəcək.

T.Yaqland Türkiyə səfəri zamanı həmçinin müxalifət partiyalarının liderləri ilə də bir araya gələcək.

Qeyd edək ki, T.Yaqland Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra ölkəyə gələn ilk Avropa rəsmisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR