ABŞ hökumətinin dəstəyi ilə Bakıda aqrar seminar keçirilir

ABŞ hökumətinin dəstəyi ilə Bakıda aqrar seminar keçirilir
# 09 sentyabr 2016 09:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. ABŞ hökumətinin dəstəyi ilə Ümumdünya Soyuducu Anbarlar Alyansının mütəxəssisləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olaraq qida saxlanması və daşınması prosedurlarını modernləşdirməyə yardım məqsədilə təchizat zənciri seminarı keçirir.

APA-Economics” xəbər verir ki, Ümumdünya Soyuducu Anbarlar Alyansının (ÜSAA) vitse-prezidenti Riçard Treysi (Richard Tracy) seminarda iştirak edən azərbaycanlı sənaye mütəxəssisləri ilə soyuducu anbarlar sahəsində yeni innovasiyalar, texnologiyalar, həmçinin enerjiyə qənaət və effektivliyin optimallaşdırılması yolları barədə məlumatlarını bölüşüb.

Onun sözlərinə görə, Azərbaycanda bir çox müəssisələrdə qidanın saxlanılması şərtləri beynəlxalq standartlara cavab verir. “Biz Azərbaycanda aqro biznesin potensialının genişləndirilməsinə və kənd təsərrüfatı məhsullarının həm Azərbaycan, həm də xaricə çıxarılmasına yardım göstərməyə çalışacağıq. ÜSAA-nın 75 ölkədə təmsilçiliyi var. Bizim əsas məqsədimiz bütün dünyada qidanın təhlükəsiz şəkildə nəql edilməsi təmin etməkdən ibarətdir. Mən Azərbaycanda qidanın saxlanılması şərtlərini gördüm. Və mütəəssir oldum ki, onlar tamamilə beynəlxalq standartlara cavab verir. Lakin bəzi obyektlər var ki, onların beynəlxalq standartlara cavab verməsi üçün onlara yardım göstərilməlidir. Biz 5-6 kənd təsərrüfatı müəssisəsinə baş çəkmişik. Burada olan soyuducu kameraların keyfiyyəti həqiqətən çox yaxşıdır. Bəzi şirkətlər isə bu istiqamətdə daha da təkmilləşmək istəyirlər. Biz də onlara bu yolda yardım göstərəcəyik”.

Qeyd edək ki, seminarda 50 azərbaycanlı sənaye mütəxəssisi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR