Cəzaçəkmə müəssisəsində “Yarımçıq xatirələr” filmi nümayiş olunub

Cəzaçəkmə müəssisəsində “Yarımçıq xatirələr” filmi nümayiş olunub
# 06 iyun 2016 14:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 10 saylı cəzaçəkmə müəssisəsində “Yarımçıq xatirələr” filmi nümayiş olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərov azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli təşkil olunmasının vacibliyini qeyd edib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, qeyd edib ki, son illərdə çəkilən filmlər digər cəzaçəkmə müəssisəsində də nümayiş etdiriləcək. Kinostudiya direktorunun sözlərinə görə, tədbirin təşkil olunmasında əsas məqsəd “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxsləri Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etməkdir.

Filmin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssam Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşviq Hətəmovdur.

Filmdə Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Saava, Gülnaz Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR