Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavinini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 25 sentyabr 2016 12:40 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanovu qəbul edib.

APA-nın məlumatına görə, İ. Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasını və Dövlət Dumasını, eləcə də altı ölkəni təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini bildirib.

İ. Umaxanov başçılıq etdiyi missiyanın Azərbaycanın müxtəlif regionlarında müşahidələr aparacağını nəzərə çatdırıb. O, referendumun yüksək standartlara uyğun şəkildə təşkil olunmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İ. Umaxanovun rəhbərliyi ilə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının ölkəmizə səfərinin önəmini vurğulayıb. Dövlət başçısı referendumun şəffaf keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

saat 10.50

Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanovu qəbul edib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR