Suriyada baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb

Suriyada baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb
# 28 iyul 2016 03:35 (UTC +04:00)

Bakı-APA. Suriyanın şimal-şərqində yerləşən Kamışlı qəsəbəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 45 nəfərin öldüyü, 170 nəfərin yaralandığı bildirilirdi.

İyulun 27-də kürdlərin nəzarəti altında olan Kamışlı qəsəbəsində minalanmış yük maşını partladılıb.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR