İran ballistik raketləri uğurla sınaqdan keçirib

İran ballistik raketləri uğurla sınaqdan keçirib
# 11 mart 2016 03:54 (UTC +04:00)

Bakı-APA. İslam İnqilabı Keşikçiləri Korpusu ballistik raketlərin uğurla sınaqdan keçirildiyini bəyan edib. APA-nın “Sepahnews”a istinadən verdiyi xəbərə görə, ballistik raketlərin buraxılışı hərbi təlimlər çərçivəsində həyata keçirilib.

İran Silahlı Qüvvələri son iki gün ərzində yerli istehsallı ballistik raketlərin test buraxılışını həyata keçirib.

İslam İnqilabı Keşikçiləri Korpusundan sınaqların uğurlu və plan üzrə keçdiyi bildirilib.

İran hakimiyyəti bəyan edib ki, ballistik raketlərin sınaqdan keçirilməsi əldə olunmuş nüvə sazişinə zidd deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR