Baş direktor: "PetLim"in inşası tamamlanıb və onu işlədəcək firmaya təhvil verilib"

Baş direktor: "PetLim"in inşası tamamlanıb və onu işlədəcək firmaya təhvil verilib"
# 07 yanvar 2016 08:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa vilayətində inşa etdiyi konteyner limanı olan Petkim Limanı ("PetLim") inşası tamamlanıb və onu işlədəcək firmaya təhvil verilib.

"APA-Economics" Türkiyənin "Dəniz" agentliyinə istinadən xəbər verir ki, bunu "PetLim"in baş direktoru Səadəddin Qorqud bildirib.

Baş direktorun xatırladıb ki, "PetLim" Türkiyənin 3-cü ən böyük konteyner limanıdır. Onun sözlərinə görə, "PetLim" bir neçə ay ərzində fəaliyyətə başlayacaq.

"Bununla yanaşı, SOCAR yatırımlarını davam etdirir. Hələ icra olunan layihələrin davam etdirilməsi ilə Türkiyəyə yatırdığımız investisiyaların ümumi həcmi 20 milyard dollara çatacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR