“Qəbələ” - “Maribor” matçının hakimləri müəyyənləşib

“Qəbələ” - “Maribor” matçının hakimləri müəyyənləşib
# 15 avqust 2016 12:19 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasında Azərbaycanı təmsil edən “Qəbələ”nin pley-off mərhələsində “Maribor”la ilk matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA avqustun 18-də Bakıda keçiriləcək qarşılaşmaya belaruslu hakimlər briqadasını göndərəcək.

Görüşün baş hakim funksiyasını Aleksey Kulbakov yerinə yetirəcək. Ona Vitali Malyutin və Oleq Maslyanko kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Denis Şerbakov olacaq.

Hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Bakıya UEFA nümayəndəsi qismində isə gürcüstanlı Bakar Yordania gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR