Bakı-Mozdok qaz kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb

Bakı-Mozdok qaz kəməri ilə nəql olunan qazın həcmi açıqlanıb
# 07 oktyabr 2016 15:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ildə Bakı-Mozdok qaz boru kəməri ilə 1,5 mlrd. kubmetr qaz nəql olunub.

APA-Economics”in məlumatına görə, ötən il kəmərin yalnız ölkədaxili hissəsindən istifadə edərək Azərbaycanın müxtəlif rayonlarına qaz nəql olunub.

Qeyd edək ki, 14 oktyabr 2009-cu ildə SOCAR və "Qazprom" ASC arasında imzalanmış alqı-satqı sazişi Bakı və Mozdok arasında çəkilmiş qaz kəməri vasitəsilə Rusiyaya Azərbaycan qazının tədarük edilməsini nəzərdə tutur. 2014-cü ilə qədər Rusiyaya bu kəmər vasitəsi ilə qaz nəql olunub. Xəzər dənizindəki "Şahdəniz" yatağından hasil olunan qaz kəmər vasitəsilə cənubi Rusiyada yerləşən Mozdoka nəql olunur.

Xatırladaq ki, kəmər ilə ilk qaz həcmlərinin çatdırılmasına 2010-cu ilin yanvar ayının 1-də başlanıb. Qaz kəmərinin uzunluğu 680 kilometrdir, bunun 200 kilometri isə Azərbaycan ərazisindədir. Qaz kəmərinin diametri 42 düymdür və illik 13 milyard kub metr qaz nəql etmək gücünə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR