Şəmkirdə avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Şəmkirdə avtomobil dirəyə çırpılıb, xəsarət alan var
# 21 aprel 2016 09:40 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. Zəyəm Cırdaxan kənd sakini, 1984-cü il təvəllüdlü Məftun Vəkil oğlu Allahverdiyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan dirəyə çırpılıb. Qəza zamanı M. Allahverdiyev ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR