Rumıniya səfiri: “Azərbaycanla ortaq maraqlarımız var”

Rumıniya səfiri: “Azərbaycanla ortaq maraqlarımız var”
# 11 yanvar 2016 07:21 (UTC +04:00)

Bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı əlaqələndiricisi Kristian Çiobanu deyib. O bildirib ki, iqtisadi münasibətlər də sürətlə inkişaf edir: “2014-cü ildə Rumıniyadan Azərbaycana ən böyük ixrac qeydə alınıb. Ötən il də ilin ilk 11 ayında ixracın 9 faiz artımı baş verib. Yəni 2015-ci il üçün ən yüksək ticarət dövriyyəsi nəticəsi gözləyirik. İki ölkə arasında 2015-cu ildə ticarət dövriyyəsi 130 milyon dollar təşkil edib. Bu il də qarşılıqlı rəsmi səfərlər planlaşdırılır. Bu il əməkdaşlığımız üçün uğurlu il olacaq. Çünki bizim ortaq maraqlarımız var. Gözəl əməkdaşlığımız və aramızda yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ticarət, sənaye, iqtisadiyyat, mədəniyyət sahələrində olan əməkdaşlığımız da bizim üçün çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR