Dövlət Departamenti: Suriya ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub

Dövlət Departamenti: Suriya ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub
# 09 sentyabr 2016 20:09 (UTC +04:00)

Bakı – APA. İsveçrədə Suriyadakı münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“ABŞ və Rusiya bütün Suriyanı əhatə edəcək atəşkəsə dair razılaşmada irəliləyişə nail olublar. Sadəcə bir neçə texniki detallar ətrafında müzakirələr davam edir. Yekun razılaşmanın nə vaxt əldə olunacağı isə hələ məlum deyil ”, Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Cenevrədə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR