Bakıda 5 il əvvəl itkin düşən şəxsin avtoqəzada öldüyü müəyyənləşib

Bakıda 5 il əvvəl itkin düşən şəxsin avtoqəzada öldüyü müəyyənləşib
# 07 oktyabr 2016 10:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 5 il əvvəl yol-nəqliyyat hadisəsində ölmüş şəxsin itkin düşmüş şəxs olduğu müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, 2011-ci il aprelin 26-da Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin həmin il mayın 11-dən itkin düşmüş kimi axtarılan 61 yaşlı Məhərrəm Hüseynovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR