Abşeronda yaşayış üçün nəzərdə tutulmuş vaqon yanıb

Abşeronda yaşayış üçün nəzərdə tutulmuş vaqon yanıb
# 06 fevral 2016 06:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Abşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan yaşayış üçün nəzərdə tutulmuş vaqonun taxta üzlüyü və içərisində olan ev əşyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR