"DəmirBank" maliyyə savadlığının artırılması istiqamətində daha bir mükafata layiq görülüb

"DəmirBank" maliyyə savadlığının artırılması istiqamətində daha bir mükafata layiq görülüb
# 01 fevral 2016 10:07 (UTC +04:00)

Bakı - APA-Economics. "DəmirBank" maliyyə savadlığının artırılması istiqamətində daha bir mükafata layiq görülüb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "DəmirBank" ölkədə mikromaliyyə sahəsinin maraqlarını təmsil edən və bu sahədə fəaliyyət keyfiyyətinin artırılmasında böyük rol oynayan AMFA-nın (Azərbaycan Mikromaliyyə Assosiasiyası) "Müştərilərin maliyyə savadlığının artırılmasına önəm verən qabaqcıl təşkilat" nominasiyası üzrə mükafatına layiq görülüb.

Bank mükafatı əhalinin maliyyə savadlığının artırılması, eləcə də əməkdaşların müştərilərə qarşı ədalətli və hörmətli davranışının təmin edilməsinin nişanəsi olaraq alıb.

Belə ki, "DəmirBank" artıq bir neçə ildir ki, Mərkəzi Bankın ölkə əhalisinin maliyyə savadlılığı səviyyəsinin artırılması məqsədilə həyata keçirdiyi "Maliyyə savadlılığı" layihəsində fəal iştirak edir. Hər il layihə çərçivəsində Bankın əməkdaşları Bakı və regionlarda yerləşən müxtəlif məktəblərdə, ali təhsil müəssisələrində bu mövzuda tədbirlər keçirir. Həmçinin, bank tərəfindən müxtəlif təcrübə proqramları təşkil olunur ki, bu proqramlar tələbələr üçün əsl komanda işi ilə tanış olmaq, təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak etmək, müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Müştəriləri maarifləndirmək məqsədilə mütəmadi olaraq onların hüquq və vəzifələrini təsvir edən fərqli məlumatlandırıcı xarakter daşıyan reklam materialları hazırlanılır, sosial şəbəkələr və bankın rəsmi internet səhifəsi vasitəsilə verilmiş suallar ətraflı cavablandırılır.

Bundan əlavə, müştərilərdə artıq yüklənmənin qarşısının alınması məqsədilə satışdan əvvəl bank məhsul və xidmətləri haqda məlumat rahat qəbul olunan şəkildə izah olunur, müştəriyə məhsul şərtləri ilə tanış olmaq üçün kifayət qədər vaxtın verilməsi və təsvir prosesində iki və daha çox kanallardan istifadə olunmasına xüsusi diqqət yetirilir.

O cümlədən, bank əməkdaşların düzgün təlimatlandırılmasına da böyük önəm verir. Belə ki, İnsan Resursları Departamenti tərəfindən işə qəbul prosesi zamanı namizədlərin bankın müvafiq etik və peşəkar davranış qaydalarına uyğunluğu nəzərə alınır, sonra isə əməkdaşlara müştərilərlə ədalətli və hörmətli davranışın, diskriminasiyaya yol verilməməklə münasibətin qurulması ilə bağlı mütəmadi olaraq təlimlər keçirilir.

Bank tərəfindən gələcəkdə bu istiqamətdə cari layihələrin və fəaliyyətlərin daha çox regionları, insanları əhatə edərək genişləndirilməsi və yeni layihələrin başlanılması nəzərdə tutulur.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR