SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb

SOCAR rəhbərliyi itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb
# 18 yanvar 2016 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10, ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvlərinin bir qrupu bu gün SOCAR-da olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, şirkətin vitse-prezidentləri Rəhman Qurbanov, Xalik Məmmədov və Bədəl Bədəlov onlarla görüşüb, aparılan axtarış işləri haqqında onlara ətraflı məlumat veriblər.

İtkin düşənlərin ailə üzvlərinin arzu və istəkləri dinlənilmiş, onların bütün sualları cavablandırılıb. Qeyd olunub ki, son cəsədlərin tapıldığı Türkmənistan ərazisində axtarış işlərinin intensivləşdirilməsi ilə bağlı dövlətlərarası razılığın əldə olunması istiqamətində zəruri olan müvafiq tədbirlər həyata keçirilir. İtkin düşən neftçilərin ailə üzvlərinin xahişi nəzərə alınaraq yanvar ayının sonunda onlarla daha bir görüşün keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR