Göyçayda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Göyçayda avtomobil aşıb, iki nəfər xəsarət alıb
# 12 dekabr 2015 10:18 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.

Göyçayın Hacalıkənd kənd sakini, 1991-ci il təvəllüdlü Abdullayev Pərvin Zahir oğlu VAZ 2106 markalı avtomobillə sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq çökəkliyə aşıb. Hadisə zamanı sürücü və sərnişini, 1989-cu il təvəllüdlü Salmanov İrşad Cümşüd oğlu ağır xəsarət alıblar. Onlar Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR