Əbülfəs Qarayev: “Yerlərdəki müəssisələrdə, idarələrdə korrupsiya problemi tam həll olunmayıb”

Əbülfəs Qarayev: “Yerlərdəki müəssisələrdə, idarələrdə korrupsiya problemi tam həll olunmayıb”
# 25 dekabr 2015 09:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Maliyyə Nazirliyi tərəfindən yerlərdə aparılan yoxlamalar onu göstərir ki, bizim yerlərdəki müəssisələrdə, idarələrdə korrupsiya problemi tam həll olunmayıb".


APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin kollegiya iclasında çıxışında deyib.

Nazir bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin daxili strukturunda korrupsiya yoxdur: “Hər bir korrupsiya faktına çox ciddi reaksiya verməlidirlər. 2-3 nəfər şöbə müdirini işdən çıxarmışıq. Bir necə musiqi məktəbinin direktorunun, kitabxana rəhbərinin işdən azad olunmasına qərar vermişik. Artıq keçən ilin mənzərəsinə baxsaq, görərik ki, bu proses əvvəlki illərə nisbətən daha mükəmməl, daha ciddi həyata keçirilib. Heç bir müəssisə rəhbərliyi, şöbə müdiri, hər hansı bir işçi düşünməsin ki, onun nailiyyətləri olub, gözəl təcrübə toplayıb və bu, ona bəraət qazandırır. İyirmi il yaxşı çalışmısansa, halal xoşun olsun. Amma buraxdığın səhvə görə işdən çıxmalısan. Biz hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edirik. Lazım gəldikdə onların da müdaxiləsini həyata keçirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR