"Unibank"ın rəhbəri: "Özümüzü problemli krediti olan müştərinin yerinə qoyuruq"

"Unibank"ın rəhbəri: "Özümüzü problemli krediti olan müştərinin yerinə qoyuruq"
# 05 yanvar 2016 13:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Unibank" ASC-nin problemli aktivləri nəzarət altındadır.

Bu barədə "APA-Economics"ə açıqlamasında "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

F. Hüseynov bildirib ki, bank problemli krediti olan müştəriləri ilə mütəmadi olaraq təmasdadır: "Biz problemli kreditləri restrukturizasiya edirik. Müştəriləri anlayırıq, başa düşürük və özümüzü onların yerinə qoyuruq. Ümumilikdə, aktivlərin keyfiyyəti nəzarət altındadır. İnsanların, şirkətlərin gəlirləri azalıb və biz bunu anlayışla qarşılayırıq. Biz problemli kreditlərin restrukturizasiyasını fevral ayında baş verən devalvasiyadan sonra da etmişik, indi də edirik. Bizimlə konstruktiv əməkdaşlıq edən müştərilərə analoji münasibəti göstəririk. Bizə tərəf bir addım atan müştəriyə tərəf biz iki addım atmağa hazırıq", - deyə İdarə Heyətinin sədri qeyd edib.

Bankir əlavə edib ki, bankın kollektor departamenti gücləndirilmiş iş rejimində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR