Çinlə Argentina arasında diplomatik qalmaqal başlayıb

Çinlə Argentina arasında diplomatik qalmaqal başlayıb
# 16 mart 2016 08:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çinlə Argentina arasında diplomatik qalmaqal yaşanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Çinin Xarici İşlər Nazirliyi ölkəyə məxsus balıqçı gəmisinin Argentinanın sahil mühafizə xidməti tərəfindən batırılması ilə əlaqədar Buenos-Ayresə etiraz edib.

Xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Lu Kanın sözlərinə görə, Çinin dövlət şurası bu məsələyə xüsusi diqqət ayırır və bu üzdən xüsusi sərəncam verib.

Çin həmçinin məsələdən ciddi narahat olduğunu deyib və ciddi araşdırma aparılmasını tələb edib. Bu ölkə Argentinanı gəmi heyəti üzvlərinin hüquqlarına əməl etməyə və bu cür halların bir daha təkrarlanmaması üçün lazımi addımlar atmağa çağırıb.

Xatırladaq ki, Çinə məxsus balıqçı gəmisinin batırılması ilə bağlı bu gün səhər saatlarında Argentinanın sahil mühafizə xidmətinin rəhbəri Migel Anhel Reyes məlumat verib. O bildirib ki, gəmi batırılıb, balıqçılar isə xilas edilib. Onlar Puerto-Madrin limanına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR