Şamaxı Astrofizika Rəsədxanası: Günəş tamamilə sakit vəziyyətdədir

Şamaxı Astrofizika Rəsədxanası: Günəş tamamilə sakit vəziyyətdədir
# 18 iyul 2016 11:45 (UTC +04:00)

Şamaxı. Cavid Zeynallı – APA. “Günəşdə hər 11 ildən bir maksimum aktivlik baş verir. İndi Günəş tamamilə sakit vəziyyətdədir, minimuma doğru gedir”.

APA-nın xəbərinə görə, bunu Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov deyib. Onun sözlərinə görə, ABŞ-dakı iki müxtəlif peyk vasitəsilə Günəş müşahidə altında saxlanılır: “Hazırda alışmaların, plazma atılmalarının sayı azdır. Olanda da gücləri o qədər böyük olmur ki, Yerdə fəlakətlərə gətirib çıxara bilsin. Bizim imkanlarımız elə böyük deyil ki, proqnozlar vermək üçün müşahidə materialları əldə edə bilək. Amma hazır materiallardan istifadə edə bilirik. Maksimum dövrdə Günəşdəki partlayışlar, plazma kütlələrinin atılması daha çox baş verir. Alışmalar, plazma atılmalarının sayı azdır”.

N. Cəlilov qeyd edib ki, Günəşdə növbəti maksimum aktivlik 2030-2032-ci illərdə olacaq: “Ötən aktivlikdə Yer üçün böyük hadisələr baş vermədi. Yəni birbaşa insanlara ziyan verən hadisələr olmadı. Çünki bizi həm maqnit sahəsi, həm də atmosfer qoruyur. Onlar zərbələrin qarşısını alır. Günəşin maksimuma çatması ənənəvi prosesdir. Ona görə də qeyri-adi hadisə gözlənilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR