Gəncədə “BMW” “Hyundai”ya çırpılıb, 2 nəfər xəsarət alıb

Gəncədə “BMW” “Hyundai”ya çırpılıb, 2 nəfər xəsarət alıb
# 05 mart 2016 10:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Mirzə Abbas Abbaszadə küçəsində Göygöl rayon sakini, 1976-cı il təvəllüdlü Aydın Məmmədov idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarında dayanan “Hyundai”ya çırpılıb. Qəza zamanı sürücü və sərnişin, 1989-cu il təvəllüdlü Zakir Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR