Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir

Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir
# 28 dekabr 2015 15:06 (UTC +04:00)

APA-nın məlumatına görə, M. Cukanoviçin məktubunda deyilir:

“Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş diləklərimi çatdırır, möhkəm cansağlığı, ailə səadəti və dost Azərbaycan xalqının və ölkənizin rifahı naminə ali dövləti vəzifənizdə bundan sonra da uğurlar arzulayıram. Fürsətdən istifadə edərək, bu yaxınlarda Bakı şəhərində Sizinlə səmimi şəraitdə keçirilmiş görüşə və olduqca faydalı müzakirələrə görə minnətdarlığımı və yüksək ehtiramımı çatdırmaq istərdim. Sizi bir daha əmin edirəm ki, müzakirə etdiyimiz və qarşılıqlı maraq kəsb edən bütün məsələlərin gerçəkləşdirilməsi məqsədilə öz tərəfimizdən əlimizdən gələni etməyə hazırıq.

Həmçinin qarşıdan gələn 2016-cı ildə Sizə, ailənizə ən xoş arzularımı çatdırır, ölkənizə davamlı tərəqqi diləyirəm. Ən yüksək ehtiramımı və dost salamlarımı qəbul etməyinizi xahiş edirəm”.

İ. Əliyevi həmçinin İsveçdəki “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand, Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadə, Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Fazil Həsənov, Ümumrusiya Azərbaycanlılar Konqresi Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov və Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərindəki Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyətinin Şura üzvləri adından Natiq İsmayılov təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR