“Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün boks məşqləri təşkil edib - FOTOSESSİYA

“Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün boks məşqləri təşkil edib - <span style="color: red;">FOTOSESSİYA
# 09 fevral 2016 10:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “Rabitə” idman klubu ilə birgə yeni sosial layihənin başlanğıcını elan edib.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, idman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində kimsəsiz və aztəminatlı ailələrdən olan 15 azyaşlı üçün “Rabitə” idman klubunda pulsuz peşəkar boks məşqlərinə start verilib.

Aralarında Olimpiya oyunları, dünya və Avropa çempionatları, eləcə də Azərbaycan birinciliklərində yüksək nəticələr göstərərək, müxtəlif uğurlara imza atmış idmançıların keçirdikləri məşqlər azyaşlıların böyük sevincinə səbəb olub. Layihə çərçivəsində uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatları və onların məşq zalına gəlmələri üçün nəqliyyat təşkil edilib.

Qeyd edək ki, sosial layihə “Rabitə” idman klubunun “Nar” mobil operatoru tərəfindən sponsorluğu çərçivəsində həyata keçirilir. “Rabitə” idman klubu 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirir. Klubun yetirmələri 5 illik dövr ərzində müxtəlif beynəlxalq turnirlərdə yüzlərlə medal qazanaraq yüksək nəticələr göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR