Hillari Klinton ifadə vermək üçün FTB-yə çağırılacaq

Hillari Klinton ifadə vermək üçün FTB-yə çağırılacaq
# 06 may 2016 02:25 (UTC +04:00)

Bakı-APA. Demokratlar partiyasından ABŞ prezidenti postuna namizəd Hillari Klinton şəxsi elektron poçtundan xidməti məqsədlər üçün istifadə etməsi işi üzrə ifadə vermək üçün Federal Təhqiqatlar Bürosuna çağırılacaq.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, qeyd olunan iş üzrə istintaq başa çatmaq üzrədir, Hillari Klintonun yaxın günlərdə dindiriləcəyi gözlənilir. FTB Klintonun köməkçilərini dindirərək onun qanunu qəsdən pozmadığını müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR