Rusiya Türkiyə ilə münasibətlərin normallaşmasının şərtini bir daha açıqlayıb

Rusiya Türkiyə ilə münasibətlərin normallaşmasının şərtini bir daha açıqlayıb
# 25 mart 2016 08:41 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Moskva və Ankara arasında “buzların əriməsi” Türkiyə tərəfinin "Su-24" təyyarəsini vurması ilə əlaqədar öz məsuliyyətini etiraf etməsindən sonra mümkün ola bilər”.

APA-nın xəbərinə görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “RİA Novosti” agentliyinə müsahibəsində bildirib. O deyib ki, münasibətlərin soyuqlaşmasına Rusiya səbəb olmayıb: “Türkiyə rəhbərliyinin Suriya ərazisində Rusiya təyyarəsini vurması ilə bağlı öz məsuliyyətini qəbul edəcəyi halda, buzları əridə bilərik. Lakin Türkiyə tərəfindən bunula bağlı hər hansı istək yoxdur”.

V. Matviyenko Türkiyənin suriyalı kürdlərin Suriya ilə bağlı danışıqlarda iştirakını istəməməsi ilə bağlı məsələni də şərh edib: “Bu mövqe BMT qətnamələri ilə ziddiyyət təşkil edir, lakin Türkiyə inadkarlıq edir və əlbəttə ki, bu, Suriyadakı sülh prosesinə əngəl törədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR