Rusiya Milli Simfonik Orkestri Əyyub Quliyevin rəhbərliyi ilə çıxış edib

Rusiya Milli Simfonik Orkestri Əyyub Quliyevin rəhbərliyi ilə çıxış edib
# 08 dekabr 2015 12:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Rusiya Milli Simfonik Orkestri XVI Gənc ifaçıların beynəlxalq televiziya müsabiqəsinin bağlanış mərasimində çıxış edib.

Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, müsabiqədə 24 ölkədən (ABŞ, Böyük Briyaniya, Rusiya, Avstriya, Bolqarıstan, Çexiya, Yaponiya, Koreya, Macarıstan, Norveç və Gürcüstan) 48 nəfər gənc ifaçı 3 ixtisas üzrə - fortepiano, skripka, nəfəs və zərb alətləri ixtisasları üzrə iştirak ediblər.

Bağlanış tədbiri Moskva Dövlət Filarmoniyasının Çaykovski zalında baş tutub.

Müsabiqənin əsas təşkilat komitəsinin üzvləri Evelin Qlenni (İngiltərə), Vladimir Spivakov (Rusiya), İrina Xelfliger (İsveçrə), Denis Matsuyev (Rusiya), Markus Xinterxoyzer (Avstriya), Paloma Oşi (İspaniya) və Aleksey Şalaşov (Rusiya) olub.

Yarışma Rusiyanın "Mədəniyyət" kanalı tərəfindən canlı efirdə nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR